Lyrics
Uzaqdan ölümün səsi gəlir
Mənsə,ona tərəf qaçmaqda
Ulduzlar, ay qaranlıq saçır
Mən elə hey yalan danışmaqda
Tapdanmış bütün müqəddəslər
Ədalət ölümü sevən yazarda
Dinmədi, bitməz bu həsrət
Od tutub yanacaq məzarda
Yorğunam durğunluğumdan
Kar oldum yalnızlığımdan
Lal oldum susqunluğumdan
Doymuşam haqsızlığımdan
Yorğunam durğunluğumdan
Kar oldum yalnızlığımdan
Lal oldum susqunluğumdan
Doymuşam haqsızlığımdan
Çirkin vücudunda yuyundum sədaqətimdən
İyrənc yalanlarla dolu saxta təbəssümünlә
Yalanlar da belә iyrənib bəraətindən
Pak olmuş bütün çirkablar təkəbbürünlə
Yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam
Cəsədsiz qanlı kəfənəm, simasız baş daşıyam
Allah küsmüş dirilərə, bezmiş ey fani insan
Mən qibləgahsız, peyğəmbərlərin qarğışıyam
Çirkin vücudunda yuyundum sədaqətimdən
Yalanlar da belә iyrənib bəraətindən
Yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam
Mən saxta müqəddəslər tanrısıyam
İllər sonra gözlərim gözünə baxıb, güləndə
Qəlbinin içində gizli-gizli sızlayacaqsan
Onda yenidən qayıdıb bir də ötən günlərə
Mənsiz həyatına bil ki, ağlayacaqsan
İllər sonra gözlərim gözünə baxıb, güləndə
Qəlbinin içində gizli-gizli sızlayacaqsan
Onda yenidən qayıdıb bir də ötən günlərə
Mənsiz həyatına bil ki, ağlayacaqsan