Lyrics
Bu dalan, bu küçə, bu köhnə divarlar
Bu dünya qocalır, fani insanlar
Tükənir sevgilər, qarışıb nifrətə
Artıq kölgə də salmır sən gedəndən qoca çinar
Uzat mənə əlini, üz tutaq rüzgarlara
Ölüm olmayan yerdə sevgi əkək torpağa
Onda bəlkə bu çinar yenidən yarpaq salar
Unudub küskünlüyü, tanrıya qucaq acar
(Unudub küskünlüyü, tanrılığa ucalar)