Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Lyrics

İstəmərəm ki dost mənə gəlsin kələk Amma bu da olsa deyərəm neyliyək?
İstərdim tək sevinclə dolsun ürək
İşdir, kədərlə dolsa deyərəm neyliyək?
Buna da şükür, indi mənimki belə gətirib Var adam hər
şeyini birdən itirib Baxırsan ki heç vercinə də deyil
Onun yanında mənim dərdim heçnə deyil.
Sadəcə mən taleyimlə dil tapmıram, Fikrimdən gecələr yatmıram.
Heç gözümə yuxu gəlir səhərə yaxın Həyatın dadı yenə səhərə yaxın.
Haydı dar günümdür dostlar, hardasız?
! Nə vaxtdan bəri itki olub ağrısız?!
Nə vaxtdan ayrılıq kədərsiz keçir?!
Nə vaxtdan görüşlər xəbərsiz keçir?!
Mən güllərin ətrini çoxdan itirdim,
Mən əsl məktəbi küçələrdə bitirdim.
Mən anamın təbəssümü üçün yaman darıxıdm.
Mən nəfsimin ipini yenə boş buraxdım.
Bir dəli şeytan deyir ki tüpür hər
şeyə, Bundan sonra hamı necə, sən də elə.
Nə dost, nə qardaş, nə görüşmək?! Ancaq öz xeyrini güdüb iş görmək!
Düzgünlük yolunda qurbanım çox oldu.
Hamı üçün yaxşı olmaq istəyim yox oldu.
Zəng vuraram hərdən yada salaram, Amma daha əvvəlki kimi olmaram!
İstəmərəm ki dost mənə gəlsin kələk Amma bu da olsa deyərəm neyliyək?
İstərdim tək sevinclə dolsun ürək
İşdir, kədərlə dolsa deyərəm neyliyək?
Mən çalışaram həyatda yaxşı ata olum Bilirəm,
nə vaxtsa məni də gözlüyür bu ölüm
Qızım, dərk edəndə ki atan bir gün gedəcək,
Yazdığım mahnılar köməyinə gələcək.
Daha olmaram əvvəlki kimi sadəlövh Məni
götürə bilməz girov İşiniz avand olsun, gedin rahat,
Siz sağ, mən salamat.
Çünki istilik yoxdur, yaxşılığı da heçkim ummur,
Sadəcə o qardaşlıq nəsə hiss olunmur. Hərkəsin öz dərdi. öz işi gücü,
Hərə özü üçün seçib bir küncü.
De görüm hardan biləsiz nədir qəm şirəsi,
Sizə dəyməyibsə həyatın şilləsi?! Sizə vermirsə əzab öz keçmişiniz,
Sizin heçvaxt olmursa vicdanla işiniz.
Mənə fələk havasını zorla rəqs etdirir,
Və yalnız gözləri qəlbimi əks etdirir.
Əsl dost əlindən tutub ürəyini hiss
edir, Məni qalan xatirələr tək isidir.
Bəs edir, heçkəsi yormayacam,
Mən qabaqkı kimi sadə hətta olmayacam.
Kəsilən çörəyi də heçvaxt tapdalamaram,
Amma daha əvvəlki kimi olmaram!
İstəmərəm ki dost mənə gəlsin kələk Amma bu da olsa deyərəm neyliyək?
İstərdim tək sevinclə dolsun ürək
İşdir, kədərlə dolsa deyərəm neyliyək?

Don't want to see ads? Subscribe now

Features

API Calls