Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Sənsizlikdə - Lyrics

Günlər keçir ağır-ağır
səndən ayrı.
Yollarıma gecə-gündüz
çiskin-çiskin kədər yağır
Səndən ayrı.
Qulağımda gülüşünün
şəlaləsi səndən ayrı.
Xəyalımda titrək, kövrək
Dodağının piyaləsi səndən ayrı.
Dəniz gəlir dalğa-dalğa,
qıvrım-qıvrım
dönür geri
sənsiz görüb sahilləri.
Küləklər də sığallamır
Çiçəkləri səndən ayrı.
Nəğmələr də nəğmələnmir
səndən ayrı.
Şərqilər də ləpələnmir
sənsizlikdə.
Buludlar da yırğalanır
həzin-həzin.
Həsrətindən dəliləşib
qırçınları göy dənizin.
Quşlar susub, nəğmələnmir
sənsizlikdə.
Şəfəqlər də ləpələnmir
Sənsizlikdə.
İndi söylə, mən neyləyim?

Don't want to see ads? Subscribe now

API Calls