Biography

Nəcəfova Röyalə (Röya) Yaqub qızı. 1982-ci il iyun ayının 14-də Bakı şəhərində anadan olmuşdur. İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupun nümayəndəsi olmuşdur. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başladı. 2005-ci ildə Heydər Əliyev adına Respublika Sarayında “Bu gecə” adlı ilk solo konserti oldu. 2006-ci ildə 3 gün yenidən Heydər Əliyev adına Respublika sarayında “Darıxmışam” adlı solo konserti oldu. 2006-cı ilin sentyabr ayının 15-də Şəfa stadionunda və nəhayət sentyabr ayının 22-də Milli Parkda möhtəşəm Solo konserti oldu. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat oldu. 2006-cı ildə V&V prodüsser mərkəzinin keçirdiyi sorğuya əsasən Röya 2 nominasiya üzrə - ilin müğənnsi və ilin konserti nominasiyaları üzrə qalib oldu. İndiyə kimi Röyanın 8 klipi – “Röyan olum”, “Söylə”, “Darıxmışam”, “Qatar”, “Bilərsənmi”, “Qovuşmaz yolumuz”, “Gəl danış”, “Cücə” işıq üzü görüb. İki solo diski – “Söylə”, “Röya-İlqar” var.

Edited by Ozaan on 6 Jul 2007, 04:53

All user-contributed text on this page is available under the Creative Commons Attribution/Share-Alike License.
Text may also be available under the GNU Free Documentation License.

Factbox

Generated from facts marked up in the wiki.

No facts about this artist

You're viewing version 1. View older versions, or discuss this wiki.

You can also view a list of all recent wiki changes.